11 Mart 2026, Çərşənbə
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi

Basketbol

Azərbaycan - Kosovo oyununun başlama saatı dəyişdirilib

Azərbaycanın kişilərdən ibarət basketbol millisinin 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təsnifat mərhələsinin Kosovo ilə oyununun başlama saatı dəyişdirilib.
 
Futbolxeber.az saytına Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qarşılaşma fevralın 25-də, günorta saatlarında baş tutacaq.
 
“Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq matçın startı 19:00-a planlaşdırılırdı. Lakin görüşün saat 14:00-da başlaması qərara alınıb.
 
Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsində ilk oyununu fevralın 22-də İsveçrəyə qarşı keçirəcək. Səfər görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31