9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Bekhem: “Qələbə qazanmaq üçün yetərincə gücümüz var”

PSJ-nin təcrübəli futbolçusu Devid Bekhem maraqlı açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, bu gün Çempionlar Liqasının 1/4 finalında “Barselona” və PSJ arasında baş tutacaq cavab qarşılaşmasına münasibət bildirən yarımmüdafiəçi belə deyib: “Düşünmürəm ki, evdə “Barsa”ya qarşı keçirdiyimiz oyunun nəticəsini möhtəşəm adlandırmaq olar. Əgər biz qələbə qazansaydıq, bax, buna möhtəşəm deyə bilərdik. Buna baxmayaraq, vəziyyət elə də pis deyil. Bu gün biz “Barselona”ya qarşı oynayacağıq və bu oyunda nə etmək lazım olduğunu da bilirik. Qol vurub, matçı qazanmağımız lazımdı. Bəli, PSJ “Barselona” səddini keçə bilər. Bunu etmək üçün bizim yetərincə gücümüz var. Birinci oyunda olduğu kimi, yaxşı futbolçulara, xarakterə malik bir komandamız var. Onlar daha çox topla oynamağa üstünlük verirlər. Belə komandalara qarşı oynamaq həmişə çətin olur. Lakin, biz qarşıdakı matçı qazana bilərik. PSJ futbolçuları arasında gözəl dostluq münasibəti var. Açıq-aşkar görünür ki, insanlar İbrahimoviçə komandanın lideri kimi yanaşır və hər oyunda fərqlənməsini gözləyir. O, çıxış etdiyi bütün klublarda komandasının əsas futbolçularından olub. Zlatandan başqa da kifayət qədər istedadlı futbolçularımız var. Biz həqiqətən də, əsl komanda kimi oynuyuruq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31