7 May 2024, Çərşənbə axşamı
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu

Xarici futbol

Mançini: “Ortada titul olmasa da, qələbə qazanmağa çalışacağıq”

İtaliya millisinin baş məşqçisi Roberto Mançini bu gün UEFA Millətlər Liqasında III yer uğrunda Niderlanda qarşı keçirəcəkləri oyundan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, meydana qələb üçün çıxacaqlarını bildirib: “Qrup mərhələsində komandamızın heyətində xeyli sayda gənc futbolçu çıxış edirdi. Hansıları ki, siz daha əvvəl tanımırdız. İndi onlardan bir qismi gənclər millisinin düşərgəsindədi. Bundan başqa, yarımfinaldan öncə Bastonini itirdik. Bir sözlə, problemlərimiz var idi. Bizim sevimli düzülüşümüz - 4-3-3-dü. İspaniya ilə oyunda ilk hissədə çox yaxşı təsir bağışladıq. Lakin ikinci yarıda fiziki cəhətdən təslim olduq. Niderlandla oyunda 4-3-3 taktiki düzülüşünə qayıdacağıq. Güclü komandaya qarşı mübarizə aparacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik, ortada titul olmamasına baxmayaraq”.

Qeyd edək ki, bürünc medal uğrunda keçiriləcək Niderland - İtaliya oyunu Bakı vaxtı ilə 17:00-da keçiriləcək. Finalda isə Xorvatiya İspaniya ilə üz-üzə gələcək.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31