7 May 2024, Çərşənbə axşamı
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

“Barselona”nın yarımmüdafiəçisi: “Real”ın transferləri məni narahat etmir”

“Barselona”nın yarımmüdafiəçisi Qavi əzəli rəqibləri “Real”ın Cud Bellinqemi transfer etməsinə münasibət bildirib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, ispan futbolçu bu keçidin onu maraqlandırmağını söyləyib:

“Real” kimi istəsə, transfer edə bilər. Bu, məni narahat etmir. Biz özümüzə köklənmişik. Əla komandamız var. Ola bilər ki, maddi baxımdan “Barselona” yaxşı dövr keçirmir, lakin klubun akademiyasının yetirmələri lazımi anda yüksək səviyyəyə çata bildilər”.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Qavi 2022/23 mövsümündə 49 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

Əlavə edək ki, “Real” bu günlərdə Dortmund “Borussiya”sından Cud Bellinqemi transfer edib. 19 yaşlı futbolçu üçün “Kral klubu” 103 milyon avro ödəyəcək.

 

Futbolxeber.az-ın teleqram kanalına abunə olun  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31