7 May 2024, Çərşənbə axşamı
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu

Xarici futbol

Daliç: “Bu, Xorvatiya millisinin ən böyük qələbələrindən biridi”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç UEFA Millətlər Liqasının yarımfinalında Niderland üzərində qazanılan qələbəni (4:2) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis tarixi qələbə qazandıqlarını bildirib:

“Komandamı təbrik edirəm. Bu qələbə bütün ölkə üçündü. Niderland millisini səfərdə 4:2 hesabı ilə məğlub etmək böyük uğurdu. Növbəti medalımızı qazanacağıq. Biz buna layiqik. Bu, Xorvatiya millisinin  ən böyük qələbələrindən biridi. Biz Niderlandı onların meydanında, özü də hesabda geri düşdüyümüz, üstəlik, 90+6-cı dəqiqədə qapımızda qol gördüyümüz bir matçda məğlub etdik. Bu, tarixi qələbədi”.

Qeyd edək ki, Xorvatiya millisinin finaldakı rəqibi bu gün keçiriləcək İspaniya - İtaliya oyunundan sonra müəyyənləşəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31