9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

DÇ-2014: İlk səbətdə yer alacaq 7 komanda bəllidi

FİFA DÇ-2014-ün final mərhələsinin püşkatması zamanı birinci səbətdə yer alacaq komandaların adlarını rəsmən təsdiqləyib. Futbolxeber.az-ın məlumatına görə, ilk səbətdə meydan sahibləri ilə yanaşı, İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika və İsveçrənin yer alacağı dəqiqdir. Sonuncu komanda isə ya Uruqvay, ya da Hollandiya olacaq. Bu, Uruqvay millisindən asılıdır. Əgər, cənubi amerikalılar play-offda İordaniyanı mübarizədən kənarlaşdırsalar, ilk səbətdə yer alacaqlar. Yox, İordaniya istəyinə çatsa, o zaman Hollandiya ilk səbətdə qərarlaşacaq. İtaliya millisinin isə ilk səbətdə yer almaq şansı yoxdu.

Xatirladaq ki, DÇ-2014-ün final mərhələsində mübarizə aparacaq 32 komandadan 21-inin adı məlumdur. Son 11 kollektiv isə noyabrın 19-da bəlli olacaq. DÇ-nın qrup mərhələsinin püşkü isə dekabrın 6-da atılacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31