7 May 2024, Çərşənbə axşamı
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da

Xarici futbol

Mahir “Fənərbaxça” ilə oyunda rəsmi debüt edəcək

"Konyaspor"a transfer olunan millimizin üzvü Mahir Emreli yeni klubunda rəsmi debüt etməyə yaxındır.

Futbolxeber.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Konya təmsilçisinin baş məşqçisi Aleksandr Stanoyeviçin "Ayfonspor"la yoxlama matçında olduğu kimi, Türkiyə Superliqasının 14-cü turunun təxirə salınmış "Fənərbaxça"ya qarşı görüşdə də Mahirə şans verəcək.

Bildirilib ki, "Konyaspor"da Paviçiç və İkpeazu zədəli olduqları üçün İstanbul təmsilçisinə qarşı oynamayacaq. Bu səbəbdən baş məşqçi hücum xətində Bouçalakis və Mahirə şans verəcək.

Qeyd edək ki, fevralın 25-də keçiriləcək "Fənərbaxça" - "Konyaspor" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, "Konyaspor" Mahir Emrelini bu mövsümün sonunadək "Dinamo"dan (Zaqreb) icarəyə götürüb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31