6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Xarici futbol

Todesko: “Bu təyinat mənim üçün şərəfdir”

Domeniko Todesko Avro-2024-ün seçmə mərhələsində milli komandamızın rəqibi olan Belçika yığmasının baş məşqçisi təyin olunmasına münasibət bildirib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis yeni işinə başlamaq üçün səbirsizləndiyini vurğulayıb:

“Federasiya rəhbərliyi ilə ilk danışıqdan sonra anladım ki, hər şey yaxşı olacaq. Qısa zamanda aydın oldu ki, fikirlərimiz üst-üstə düşür. Motivasiyam çox yüksəkdir və səbirsizliklə işə başlayacağım günü gözləyirəm. Belçika millisinin baş məşqçisi təyinn olunmaq mənim üçün şərəfdir. Komandaya uğur qazandırmaq üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Tedesko daha əvvəl Almaniyanın “Aue”, “Şalke”, “Leyptsiq” klublarında və Moskva “Spartak”ında çalışıb.

Əlavə edək ki, Azərbaycan millisi seçmə mərhələnin F qrupunda Belçika seçməsi ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31