8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Kombuare: “Qarabağ” bizdən güclü idi”

"Nant"ın baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirdikləri görüşləri xatırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, Kombuare Ağdam təmsilçisinin güclü komanda olduğunu və bu görüşlərdə çətinlik çəkdiklərini deyib:

"Qarabağ"la oyunlarda çətinlik yaşadıq. Çünki onlar bizdən güclü idilər. Amma önəmli olan nəticədir. Yaxşı oynadığımız, amma qalib gəlmədiyimiz matçlardan nə isə öyrəndik. Təqdim etdiyimiz işdə irəliləyiş istəyiriksə, aydındır ki, biz daha çox nəzarət etməli, rəqiblərin zəif və güclü tərəflərini bilməliyik. Bunu "Qarabağ"a qarşı görüşdə də gördük.  Diqqətimizi yalnız "Olimpiakos"la matça yönəltmişik. Bazar günü "Reyms"lə çətin səfərə yaxşı hazırlaşmaq üçün "Olimpiakos"a qarşı yaxşı oyun keçirmək istəyirik. Liqa 1-də qalmağımız üçün bu, vacib matçdır".

Fransa təmsilçisi 2-ci turda Bakıda Qurban Qurbanovun komandasına uduzub (0:3), 5-ci turda evdə qalib gəlib (2:1).

Qeyd edək ki, "Nant" bu gün son turda "Olimpiakos"la qarşılaşacaq. Aktivində 6 xal olan Fransa klubunun hələ də pley-off şansı qalır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31