9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

De Bruyne dünya çempionatından sonra millidən gedir?

Belçika millisinin üzvü Kevin de Bruyne Qətərdə keçiriləcək dünya çempionatından sonra yığmadakı karyerasını başa vura bilər.

Futbolxeber.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin karyerasındakı sonuncu mundial olacağını bildirib:

“Artıq 31 yaşım var. 4 ildən sonra nələr olacağını isə heç birimiz bilmirik. Bu, karyeramdakı sayca üçüncü dünya çempionatı olacaq. Başa düşürəm ki, millidəki zamanım sona yetir. Lakin hələlik komanda yoldaşlarımla bu barədə müzakirə aparmamışam. Çünki həddindən artıq yüklənmiş qrafikimiz var”.

Xatırladaq ki, de Bruyne Belçika millisində 2010-cu ildə debüt edib. O, 93 oyunda 25 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31