8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Rusiya futbolunda növbəti hakim biabırçılığı

Rusiya Premyer Liqasının dördüncü turu çərçivəsində baş tutan və bir qədər öncə yekunlaşan "Volqa" - "Zenit" (1:3) matçı kobud hakim səhvləri ilə yadda qalıb. Futbolxeber.az-ın məlumatına görə, matçı idarə edən Yevgeni Turbin 27-ci dəqiqədə heç bir ciddi səbəb olmadan ardıcıl 2 sarı vərəqə göstərməklə "Zenit"in hücumçusu Halkı meydandan qovub. Baş hakim daha sonra qonaqların baş məşqçisi Luçano Spalettini də tribunaya göndərib. Matçdan sonra baş tutan mətbuat konfransında isə hər iki komandanın çalışdırıcıları hakimdən narazılıqlarını açıq şəkildə ifadə ediblər. Rusiya mətbuatı isə Turbinin hakimliyinə "mövsümün ən bərbad idarəçiliyi" adını verib. Meydanı tərk etməmişdən öncə Halk matçın hakimini itələyib. Buna görə isə braziliyalı futbolçu 6 oyunluq cəzalana bilər. Halkın meydandan qovulduğu epizodu təqdim edirik:




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31