9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Dzeko: "Qarabağ"a qarşı oyunumuz asan olmamışdı"

"Qarabağ"a qarşı oyunumuz asan olmamışdı. Bilirdik ki, qalib gəlsək, qrupda birinci yeri tutacağıq. İlk hissədə bir neçə şansımız oldu, lakin qol vura bilmədik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Roma"nın futbolçusu Edin Dzeko klubun telekanalına müsahibəsində deyib.

"İkinci hissənin əvvəllərində isə Dieqo Perotti hesabı açdı. Bundan bir müddət sonra "Atletiko" İngiltərədə "Çelsi"yə qol vurdu. Qorxurdum ki, hesabı açmasaq, işimiz daha çətin ola bilər. Lakin yekunda biz qalib gəldik və Londondakı oyunun nəticəsini gözlədik" - deyə o bildirib.

Qeyd edək ki, "Roma" ÇL-in qrup mərhələsinin son oyununda "Qarabağ"a 1:0 hesabı ilə qalib gələrək qrupu birinci pillədə tamamlayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31