8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

“Feyenoord” - “Qəbələ” oyununda qalib müəyyənləşmədi

Hollandiyada 14 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən “Teksel Cup” turnirinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, “Zanbaqlar ölkəsi”nin 5 klubu ilə birlikdə mükafat uğrunda mübarizə aparan “Qəbələ”nin U-14 komandası yarışın ikinci günündə son 2 matçını keçirib. Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda günü 1 xalla başa vurub. “Teksel-94”ə 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” adlı-sanlı “Feyenoord”la qarşılaşmadan heç-heçəylə ayrılıb.

Bununla da yarışın ilk günündə 4 xal toplayan “Qəbələ” turniri 5 xalla başa vurub. Akademiyanın yetirmələri bu nəticə ilə 4-cü olub. Turnirin qalibi adına isə 11 xal qazanan “Tvente” yiyələnib. “Qroningen” 7 xalla 2-ci, eyni xala malik “Feyenoord” 3-cü olub. Məmmədovun yetirmələri 4 xal toplayan “Tessel-94” və cəmi 3 xalı olan “Alkmaar”ı arxada qoyub.

Qeyd edək ki, “Qəbələ” yarışın ilk günündə 3 oyun keçirmişdi. “Tvente”yə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” “Qroningen”lə qolsuz heç-heçə edib, “Alkmaar”a qalib gəlmişdi - 1:0.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31