7 May 2024, Çərşənbə axşamı
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu

Digər idman növləri

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq turnirdə iki medal qazanıblar

Azərbaycan stolüstü tennisçiləri Əlcəzairdə keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində 2 medal qazanıblar.
 
Futbolxeber.az saytına federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, milli üzvlərindən Onur Quluzadə və Yağmur Məmmədli fəxri kürsüyə qalxıblar.
 
13 yaşadək idmançıların mübarizəsində qrup mərhələsini inamla adlayan Onur Quluzadə ardınca digər rəqiblərini də yolundan kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə Səudiyyə Ərəbistanı idmançısına da qalib gələn Onur yarışın qızıl medalına layiq görülüb.
 
Eyni yaş qrupunda bacarığını göstərən Yağmur Məmmədli qrupda rəqiblərini üstələdikdən sonra növbəti mərhələlərdə də inamlı çıxış sayəsində finala adlayıb. Son qarşılaşmada isə Özbəkistan təmsilçisinə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
 
Qeyd edək ki, “WTT Youth Contender” yeniyetmə və gənc stolüstü tennisçilərin ən nüfuzlu turnirlərindən sayılır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31