7 May 2024, Çərşənbə axşamı
"Səbail" "Qəbələ"ə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”

Digər idman növləri

“Milli Olimpiya Komitəsinin dəstəyi voleybolun inkişafı üçün faydalı olacaq”

“Voleybolu Olimpiya hərəkatında təmsil etmək önəmlidir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Milli Olimpiya Komitəsi (MOK) ilə birgə əməkdaşlığa dair niyyət protokolunun imzalanma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Milli Olimpiya Komitəsinin dəstəyi voleybolun inkişafı üçün faydalı olacaq: “Bu layihədə Azərbaycan Voleybol Federasiyasına etimad göstərildiyi üçün MOK-a təşəkkür edirəm.

İdmançıların hazırlıq mərhələsində, məşqlərin reallaşmasında, komandaların yarışlara göndərilməsində Milli Olimpiya Komitəsindən dəstək almaq önəmlidir. Bu lazimi köməklikdən yararlanaraq nəticələrimizin uğurlu olması üçün əlimizdən gələni edəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31