9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, 6 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.

Boks Mərkəzində təşkil olunan yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandadan 227 boksçu qüvvəsini sınayıb. Nəticədə Bilalhəbəşi Nəzərov, Zidan Hümbətov, Ömər Aslanlı, Məhəmmədli Aşurəliyev, Məhəmmədəli Qasımzadə, İbrahim Zeynalov, Hüseyn Hacıyev, Ayxan Əliyev, Mircəlal Mirağayev, Hüseyn Hüseynli, Ruslan Qəhrəmanov, Kənan Nəcəfov və İlkin Məmmədli çempion tituluna sahib olublar.

Komanda hesabında “Neftçi” İdman Klubu (36 xal) birinci yeri tutub. İkinci pilləyə Z-1 İdman Klubu (27 xal) yiyələndiyi halda, “üçlüy”ü “Təhsil” Respublika İdman Mərkəzi (26 xal) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Məhəmmədəli Aşurəliyev layiq görülüb. Asif Məmmədov (Gəncə) ən yaxşı hakim seçilib.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, 71 kq çəki dərəcəsində yarımfinalda 2 boksçu diskvalifikasiya olunduğundan, digər cütdə qalib gələn çempion, məğlub olan bürünc medalçı olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31