9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Hidayət Heydərov üçqat Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda İspaniya təmsilçisi Salvador Kases Roka üz-üzə gəlib. O, finalda əsas vaxtda “kata-quruma” ilə “vazari” xalı alıb və rəqibini “osaekomi” saxlayaraq ikinci “vazari”i xalını qazanıb və   təmiz qələbə əldə edib.  Bununla da, Heydərov ardıcıl 2-ci, ümumilikdə isə 3-cü dəfə Avropa çempionu olub.

Azərbaycan idmançısı bundan əvvəl Abdul Umayevi (Belçika), Marko Xaveri (Polşa), Daniel Zegedi (Macarıstan) və Pedro Pelivanı (Moldova) məğlub etmişdi.

Qeyd edək ki, H.Heydərov 2017 və 2022-ci illərdə də qitə çempionatında qızıl medala yiyələnib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31