7 May 2024, Çərşənbə axşamı
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da

Digər idman növləri

Millimiz Ermənistanı tərk edib

İrəvandakı AÇ-də iştirakdan imtina edən ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq Ermənistanı tərk edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi açıqlama yayıb:

"Nəhayət, Azərbaycan nümayəndə heyəti sağ-salamat vətənə qayıdır. Komandamız avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub. Yığmamızı Tiflisdən Bakıya gətirəcək təyyarə bu axşam saat 21.20-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək".

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində dizayner Aram Nikolyan səhnəyə çıxıb və bayrağımızı yandırıb. Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar. İştirakdan imtinaya səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər. Həmçinin bu gün səhər saatlarında Fərid Qayıbov yığmamızın İrəvanda məskunlaşdığı oteldən çıxa bilmədiyini qeyd etmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31