6 May 2024, Bazar ertəsi
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da

Digər idman növləri

Nazir: “Rusiya olmadan dünya idmanı inkişaf edə bilməz”

Rusiyanın idman naziri Oleq Matısin ölkə idmanı haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 58 yaşlı dövlət rəsmisi sanksiyalara baxmayaraq, ölkəsinin dünya idmanının bir parçası olduğunu bildirib:

“Biz beynəlxalq qurumlarla əlaqələrimizi qırmırıq. Çünki özümüzü dünya idmanının bir parçası kimi hiss edirik. Dəfələrlə demişəm ki, sanksiyalara baxmayaraq, Rusiya olmadan dünya idmanı inkişaf edə bilməz. Təbii ki, idmançılarımızın beynəlxalq yarışlarda, eləcə də Parisdə keçiriləcək olimpiya oyunlarında iştirak edəcəyinə inanırıq. Dialoqu davam etdirməli, yeni format tapmalıyıq. İqor Levitinlə (Rusiya prezidentinin köməkçisi nəzərdə tutulur-red.) söhbətimizdə də mən bildirdim ki, yeni formata ehtiyac var. Bir çox yarışlardan kənarda qalsaq da, idmançılarımızın tam praktikasız olduqlarını deyə bilməyək. Məsələn, biz Kazanda keçirilən “Dostluq oyunları”nda layiqli çıxış etdik. Ümid edirəm ki, yaxın gələcəkdə bütün bu problemlər yoluna qoyulacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31