6 May 2024, Bazar ertəsi
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da

Digər idman növləri

“Fettelin qayıdışına inanmıram”

“Formula-1”in keçmiş sahibi Berni Ekklstoun Sebastyan Fettelin yenidən “Aston Martin”ə qayıtmaq ehtimalı barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, britaniyalı funksioner alman pilotun yenidən “Formula-1”ə geri dönəcəyinə inanmır:

 “Fettelin qayıdacağına inanmıram. O, “Formula-1”lə bitirib. Karyerası ərzində 4 dəfə dünya çempionu olub. Hazırda Sebastyanın 35 yaşı var və bundan sonra çətin ki, daha 3 dəfə dünya çempionu olsun. Digər çempionlarla mübarizə apara biləcək maşının sükanı arxasında deyilsə, “Formula-1”də qalmaq onun üçün mənasızdır. Bu, Fettel üçün 1 ilin boşa verilməsi olardı. Çünki o, uduzmağı sevmir”.

Qeyd edək ki, ötən il Fettel karyerasını başa vurub. O, 2010-2013-cü illər ərzində ardıcıl 4 dəfə dünya çempionu olub. Daha 3 dəfə dünya ikincisi, 1 dəfə isə üçüncü olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31