7 May 2024, Çərşənbə axşamı
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da

Digər idman növləri

Oje-Alyassim: “Bir gün mən də dünyada 1 nömrə olmağı arzulayıram”

Kanadalı tennisçi Feliks Oje-Alyassim qarşıdakı məqsədləri haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 22 yaşlı idmançı gələcəkdə dünya reytinqinin 1 nömrəsi olmağı arzuladığını bildirib:

“Təbii ki, gələcəkdə 1 nömrə olmaq istərdim. Amma bu, elə bir şeydir ki, əvvəlcədən dəqiq nəsə demək olmur. Həm də yəqin ki, zirvəyə yüksəlmək çoxlarının arzusudur. Bəziləri buna nail olub, bəziləri yox.

Məncə, qarşına məqsəd qoymaq kifayət deyil. Əsas olan gündəlik işimə ciddi yanaşmaqdır. Motivasiyam yüksəkdir. Hər oyuna intensiv yanaşıram. Onu da unutmuram ki, səbirli olmalı və öz zamanımı gözləməliyəm.

Mənə görə hazırda Novak dünyanın ən yaxşı tennisçisidi. Bir gün mən də o mövqeyə yüksəlməyi arzulayıram. Təbii ki, buna layiq olsam, zamanım gələcək”.

Qeyd edək ki, Oje-Alyassimin karyerasında bu günə qədər ən yüksək nəticə dünya reytinqində 6-cı yer olub. O, 2022-ci ilin noyabrında açıqlanan reytinqdə ən yaxşı nəticəsinə imza atıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31