5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

“Formula 1”: Yarış həftəsində bəzi yollar nəqliyyatın hərəkətinə açıq olacaq

"Formula 1” üzrə Azərbaycan Qran Prisinin yarış həftəsində trekin əhatə etdiyi bəzi yollar nəqliyyatın hərəkətinə açıq olacaq.

Futbolxeber.az saytına Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalına qədər olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi aprelin 24-dən 29-dək müəyyən saatlarda əhalinin istifadəsi üçün açılacaq.

24-26 aprel aralığında səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.

Göstərilən yollar yalnız tranzit dəhlizi kimi istifadə ediləcək. Maşınların orada dayanması və ya parkinqi təhlükəsizlik baxımından qadağandır.

 

Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31