7 May 2024, Çərşənbə axşamı
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

“Azərbaycan böyük gimnastika ailəsidir”

“Azərbaycan böyük gimnastika ailəsidir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Bakıda səfərdə olan bədii gimnastika üzrə Macarıstan Texniki Komitəsinin rəhbəri Erika Daç Lazani Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

O, hər il Bakıya gəldiklərini, buradakı şəraitdən məmnun qaldıqlarını bildirib: “Burada hər kəs çox peşəkar, şərait heyrətamizdir. Tamamilə peşəkar yanaşma mövcuddur. Hamı gimnastikanı, xüsusən də, bədii gimnastikanı çox sevir. İdmançılarınız xalçada həmişə fərqli görünürlər. Onların alətlərlə işləmə texnikası və artistizm bacarıqları yaxşıdır”.

Erika Daç Lazani əlavə edib ki, fərdi və qrup hərəkətləri üzrə gənclərdən ibarət milli komandanın gimnastları ilə birlikdə gənclər arasında Avropa və dünya çempionatına hazırlaşırlar: “Ümumilikdə 13 nəfərik. Onlardan 8-i qrup hərəkətləri komandasının üzvüdür. 5-i isə fərdi gimnastdır”.

Macarıstanlı mütəxəssis ölkələrində gimnastikanın inkişafda olduğunu söyləyib: “Son 10 il ərzində çox çalışdıq və inkişaf etdik. Ən yaxşı gimnastımız Fani Piqnitski bir neçə ildir gözəl nəticələr əldə edir. 21 ildən sonra Tokio Olimpiya Oyunlarına vəsiqə qazanmağımızı xüsusilə qeyd etmək istərdim”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31