8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

"Formula 1": Gənclər günü ilə əlaqədar endirimli biletlər satışa çıxarılır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2 fevral - Gənclər Günü ilə əlaqədar "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün endirimli biletləri satışa çıxarır.

Futbolxeber.az saytının məlumatına görə, bu il daha çox yerli gəncin yarış həyəcanını yaxından yaşaması üçün keçirilən kampaniya çərçivəsində tribuna biletləri 50% endirimlə təklif olunur. Bu, yalnız tələbələr üçün nəzərdə tutulub və biletlər məhdud saydadır.

Bundan başqa, sözügedən kampaniya Azərbaycan vətəndaşlığına və ya rezident statusuna sahib tələbələrə şamil olunur. Onlar tələbə kartını təqdim edərək bu endirimdən yararlana bilərlər.

Endirimli biletləri yalnız aşağıdakı satış məntəqələrindən hərəyə 1 ədəd olmaqla əldə etmək olar:

“28 Mall” Ticarət Mərkəzi
“Gənclik Mall” Ticarət Mərkəzi
Heydər Əliyev Sarayı
Köşk №1 (M.Rəsulzadə 3)
Köşk №2 (Bül-bül prospekti, Nizami küç.)
1 saylı "ASAN xidmət” mərkəzi
2 saylı "ASAN xidmət” mərkəzi
3 saylı "ASAN xidmət” mərkəzi
4 saylı "ASAN xidmət” mərkəzi
Sumqayıt "ASAN xidmət" mərkəzi

Endirim kampaniyası fevralın 5-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə baş tutacaq və Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31