8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Məmmədyarov Karlsenə qalib gəldi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində sonuncu görüşünü keçirib.

Futbolxeber.az saytının məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VII turunda Karlsenlə üz-üzə gəlib.

Görüş Məmmədyarovun 2,5:0,5 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə xallarını 11-ə çatdıran şahmatçı turniri vietnamlı Le Kuanq Lyemlə birlikdə 5-ci pillədə başa vurub. "Oslo Esports Cup"ın qalibi isə 14 xalla polşalı Yan-Kşiştof Duda olub.

Məmmədyarov ilk turda Lyemi, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Foresti məğlub edib. Təcrübəli şahmatçı II, III və IV turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31