9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Bakıda "Formula 2" yarışı da keçiriləcək

"Bu yarışı keçirməyə nə qədər iddialı olsaq da, pandemiya dönəmində əminliklə danışmaq mümkün deyil".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva deyib.

O bildirib ki, Azərbaycan Qran-prisini mövsümün ən yaxşı yarışı kimi təşkil etməyə iddialıdırlar: "Təşkilatçılar bütün tədbirləri görürlər ki, azarkeşlərə televiziya vasitəsilə lazımi görüntüləri təqdim etsinlər. Yarış azarkeşsiz olsa da, medianın fəaliyyəti artıb. Çünki "Formula 1"sevərlər yarış barədə onlardan məlumat alır. Hansısa yarışda yubanma və dayanma olsa belə, Qran-pri 3 saata bitməlidir. Əvvəllər hansısa yarış 4 saatadək çəkib".

BŞH rəsmisi Bakıda "Formul 1"lə yanaşı, "Formula 2" yarışının da olacağını diqqətə çatdırıb: "Bəzən Bakıdakı Qran-prilərdə bu olmurdu. Amma bu mövsüm gerçəkləşəcək".

Nəcəf-Ağayeva bəzi Qran-prilərin ləğv edilməsinə rəğmən, Azərbaycandakı yarışın təqvimdə yerini qorumasını sevindirici hal adlandırıb.

O, Azərbaycan Qran-prisinin müddətinin uzadılıb-uzadılmayacağına hələ aydınlıq gəlmədiyini söyləyib: "Hazırkı müqavilə 2024-cü ildə bitəcək: "Formula -1 rəhbərliyi ilə münasibətlər normal qaydadadır. Yeni sözləşmə barədə danışmaq tezdir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4-6 iyunda keçiriləcək ("Report")..

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31