7 May 2024, Çərşənbə axşamı
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu

Minifutbol

“Zirə” və “Birbaşa Bakı”dan qələbə, “İnter”dən əzmkar heç-heçə

Minifutbol üzrə Azərbaycan çempionatında X tura yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, ikinci gündə daha 4 oyun keçirilib.

Lider “Zirə” ardıcıl 10-cu qələbəsini qazanıb.

“Zirə”nin ən yaxın izləyiciləri “Birbaşa Bakı” ilə “Odlar Yurdu”nun duelindən birincilər qalib ayrılaraq, ikinci pilləyə yüksəliblər.

Futbol üzrə milli komandamızın keçmiş üzvlərindən qurulan “İnter” isə 0:3 hesabı ilə geridə olduğu matçdan heç-heçə ilə ayrılıb.

Azərbaycan çempionatı

X tur

14 fevral

“Abşeron” - “Zirə” 0:3

“İnter” - “Real Bakı” 3:3

“Birbaşa Bakı” - “Odlar Yurdu” 4:1

“Dirçəliş” - “Veteran” 1:4

Qeyd edək ki, bir gün əvvəl keçirilən oyunlarda “Turan” “Dinamo Gəncə”yə (4:3), “Aznur” “Baku Fire”yə (4:3), “Sumqayıt” “Atəşgah Suraxanı”ya (8:2) qalib gəlib, “Siyəzən”lə “Galaxy Baku” heç-heçə (2:2) ediblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31