8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Minifutbol

Elnur Əşrəfoğlunun xatirəsinə “Media turniri-5” keçiriləcək

AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalitləri arasında növbəti Media turniri keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, 5-ci dəfə təşkil olunacaq yarış tanınmış idman jurnalisti, mərhum Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunacaq. Turnirdə öncəki 4 yarışda iştirak etmiş, həmçinin Peşəkar Futbol Liqasında 2023-2024-cü il mövsümü üçün akkreditasiyadan keçmiş idman jurnalitləri, həmçinin idman federasiyalarının mətbuat katibləri də iştirak edə biləcəklər.

Bundan başqa, “Media Turniri-5”də əlavə olaraq, “Əşrəfoğlunun dostları” komandası da müsabiqədərkənar iştirak edəcək. Bu komanda ilə oyunlarda qeydə alınacaq nəticə turnir cədvəlində əksini tapmayacaq.

Turnirin qeydiyyatına bu gün başlanılır, son qeydiyyat tarixi isə 27 sentyabrdır (saat 18:00). “Media turniri-5” oktyabrın əvvəlində start götürəcək.

Bildirilir ki, hər komanda minimum 10, maksimum 13 oyunçu sifariş edə bilər. Turnirin oyunları həftənin çərşənbə axşamı və çərşənbə günləri saat 20:00 və 21:00-da AFFA-nın süni örtüklü meydanında keçiriləcək.

Dairəvi sistemlə (1 dövrə) təşkil olunacaq yarışın yekununda ən çox xal toplayacaq komanda qalib elan olunacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31