6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Minifutbol

ASCO "Səbail” Futbol Klubunun legionerləri ilə bağlı iddialara aydınlıq gətirib

Bəzi KİV-lərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının yataqxanasından oğlan tələbələrin hamısının çıxarılması, otaqların isə “Səbail” Futbol Klubunun legioner üzvlərinə verilməsinə dair yayılan məlumat həqiqəti əks etdirmir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə ASCO-nun yaydığı açıqlamada qeyd edilib.

"ASCO olaraq bildiririk ki, ADDA-nın yataqxanası ümumilikdə 312 yerlikdir. Hazırda burada 292 nəfər tələbə yaşayır. Yay aylarında dərs olmadığı müddətdə adıçəkilən klubun legioner oyunçuları yox, 20 nəfər uşaq futbol komandasının üzvləri yataqxanada müvəqqəti yerləşdirilmişdi.

Yeni tədris ilinin başlanması ilə əlaqədar rəhbərliyin tapşırığına uyğun olaraq “Səbail”in Uşaq Futbol Akademiyasının üzvlərinin yataqxanadan çıxarılması prosesinə başlanılıb. Yaxın günlərdə 20 yerə də müraciətlərə uyğun tələbələr yerləşdiriləcək", - deyə açıqlamada qeyd edilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31