8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

Kiyevdə ingillislərə hücum edildi, 3 azarkeş xəstəxanalıq oldu

Bu gün səhər saatlarında Kiyevin mərkəzində 30 yerli azarkeş 10-a yaxın ingilis fanatın üzərinə hücum çəkib. Futbolxeber.az-ın məlumatına görə, hücum edən edənlər üzlərini bağlayıblar və əllərində bıçaq olub. İngiltərəli azarkeşlərdən biri qarşıdurma haqda belə danışıb: "Biz bura Ukrayna - İngiltərə oyuna baxmaq və komandamıza dəstək olmaq üçün gəlmişik. Bu gün Avro-2012-də tez-tez istirahət etdiyim bir kafeyə gəldik. Biz içəridə oturmuşduq. Uşaqlardan biri siqaret çəkmək üçün bayıra çıxdı. Hər şey də bundan sonra başladı. Gördük ki, 30-a yaxın adam dostumuza hücum edib. Biz də dərhal ona köməyə qaçdıq".

İngilis azarkeşlərdən 3-ü xəstəxanaya aparılıb. Onlardan biri bıçaqlanıb. Birinin başı yarılıb, üçüncü də ağır xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı heç kimi saxlamayıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31