9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

"Yensen de, yenilsen de" Qəbələdə

Türkiyənin ən reytinqli televiziya kanallarından olan və II Qəbələ Kubokunu işıqlandıran kütləvi informasiya vasitələri arasında yer alan NTV Spor "Yensen de, yenilsen de" verilişinin növbəti sayını turnirə və "Qəbələ" İdman Klubuna həsr edib. Futbolxeber.az-ın məlumatına görə, yüksək reytinqə malik verilişin qonaqları "Qəbələ" İdman Klubunun prezidentinin müşaviri, əfsanəvi futbolçu Toni Adams, "Qəbələ" Futbol Akademiyasının keçmiş direktoru Ali Yavaş, Hollandiya futbolunun tanınmış simalarından olan və "Feyenoord"un U-15 komandasına rəhbərlik edən Roy Makaay, "Qəbələ" Futbol Akademiyasının yeni direktoru Stenli Brard, "Beşiktaş"ın aşağı yaş qrupları üzrə koordinatoru Emrah Bayraktar və "Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı olub. Tanınmış aparıcılar Bağış Erten və Banu Yelkovan verilişdə həmçinin "Qəbələ", Feyenoord", "Beşiktaş" və "Şaxtyor"u təmsil edən futbolçular da iştirak ediblər. Qonaqlar proqramda keçmiş karyeraları, Qəbələdə futbolun inkişaf tempi, infrastruktur, aşağı yaş qruplarının fəaliyyəti və Qəbələ Kuboku haqda danışıblar. 
Veriliş sabah - iyunun 1-i efirə gedəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31