8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

Varşava aeroportunda “Bakı-2015”dən bəhs edən stend quraşdırılıb

Varşavadakı Friderik Şopen beynəlxalq aeroportunda üz qabığında Bakıdakı Heydər Əliyev Mərkəzi və birinci Avropa Oyunlarının loqotipi təsvir olunmuş “Olimpiya” jurnalının stendi quraşdırılıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Polşanın Olimpiya Komitəsi tərəfindən nəşr edilən jurnalın üz qabığında bu sözlər yazılıb: “Bakı-2015” debütü ərəfəsində ... İndiyədək belə oyunlar keçirilməyib”.

Jurnalda Avropa Oyunlarına həsr olunmuş böyük məqalə dərc edilib. Məqalədə deyilir ki, “biz iyunun 12-nə, Azərbaycanın paytaxtında “Bakı-2015” birinci Avropa Oyunlarının açılışı gününə doğru iri addımlarla irəliləyirik”. “Köhnə qitədə yeni idman tədbiri”, “Oyunlara hazırlıq haqqında son məlumat” kimi sərlövhələr diqqəti cəlb edir. Bildirilir ki, Oyunların təşkilatçıları 50 milli yığma komandanın gəlişini gözləyirlər və idmançılara rahat şərait yaradılıb. Jurnalda, həmçinin Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovla müsahibə dərc olunub.

Varşava sakini Kristina Kusnit AZƏRTAC-ın müxbirinə deyib: “Mən yeniliyi çox sevirəm, buna görə də ölkəmizə dost olan Azərbaycanın paytaxtında keçiriləcək birinci Avropa Oyunlarını səbirsizliklə gözləyirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31