9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

Toşak Lənkəranda velosipedlə gəzir

"Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak boş vaxtlarından səmərəli istifadə edərək sağlamlığının qeydinə qalır. Futbolxeber.az-ın 12cioyuncu.info saytına istinadən verdiyi məlumata görə, 64 yaşlı mütəxəssis şəxsi avtomobildən və sürücüdən imtina edərək sağlamlığını qorumaq üçün velisopedə üstünlük verib. Uelsli təcrübəli çalışdırıcı komandanın Lənkəranda keçirilən məşqlərinin ardından köməkçilərinə öz tapşırıqlarını verdikdən sonra istirahət etmək məqsədi ilə velosipedinə oturaraq “Palmalife” istirahət mərkəzində onun üçün ayrılmış xüsusi VİP kottecə yollanır. Stadionun ərazisində yerləşən baza-oteldə məskunlaşan futbolçuların istirahət saatlarında nizam-intizama riayət etmələrinə isə əsasən klubun idman direktoru Babək Quliyev nəzarət edir.

 
Xatırladaq ki, vaxtı ilə “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş Mirça Rednik də digər bir vərdişlə yadda qalırdı. Belə ki, komanda ilə birgə bazada qalan rumıniyalı çalışdırıcı stadion ərazisində ayrılmış xüsusi yerdə pişik bəsləməyə maraq göstərirdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31