9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

Araz Abdullayev maşınla vurduğu qadına baş çəkdi

 

Xəbər verdiyimiz kimi, “Neftçi” futbol klubunun oyunçusu Araz Abdullayev bir müddət əvvəl Bakının Xətai rayonu ərazisində idarə etdiyi avtomobillə yolu təmizləyən iki süpürgəçi qadını vurmuşdu. Qəza nəticəsində təxminən 60 yaşında olan Zəminə Hüseynova ölmüşdü, digər qadın Gülsabah Nuriyeva isə ağır halda xəstəxanaya yerləşdirilmişdi.

Araz Abdullayev saxlanılsa da, sonradan “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun zaminliyi ilə azadlığa buraxılıb.

Bu gün futbolçu Araz Abdullayevin doğum günüdür. Gənc və perspektivli futbolçunun 21 yaşı tamam olur. ANS PRESS-in əldə etdiyi məlumata görə, o, ad gününü xəstəxanada olan Gülsabah Nuriyeva ilə birgə keçirib. Daha doğrusu, futbolçu onun üçün əziz olan bir gündə həmin xanıma diqqət ayırmaqla keçirib. Bu, da bir növ onun bu xanıma olan diqqətinin göstəricisidir.

Klubdan ANS PRESS-ə bildiriblər ki, “Neftçi” klubunun rəhbərliyi və Araz Abdullayev özü hadisə baş verən gündən bu yana hər zaman Gülsabah Nuriyevaya və onun ailəsinə diqqət göstərib. Onun sağalması və müalicəsinə kifayət qədər diqqət yetirilib. Bu diqqət bundan sonra da davam etdiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31