9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

Tito Vilanova dünyasını dəyişdi

“Barselona”nın keçmiş baş məşqçisi Tito Vilanova dünyasını dəyişib. Futbolxeber.az-ın məlumatına görə, Vilanova 45 yaşında gözlərini əbədi olaraq yumub. Son 2 ildə o, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Elə bu səbəbdən də Tito ötən mövsümün sonunda Kataloniya klubunu tərk etmək məcburiyyətində qalmışdı. 

Bu gün səhər saatlarından halı pisləşən Vilanova, dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, “Barselona” ötən il Vilanovanın rəhbərliyi altında La Liqanın qalibi olub. 2008-2012-ci illər aralığında isə o, Xosep Qvardiolanın köməkçisi kimi fəaliyyət göstərib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31