8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

Məhkəmədə Maşallah Əhmədova vaxt verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Futbolxeber.az saytının APA-ya istinadən verdiyi məlumata görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədovun vəkili çıxış edərək bildirib ki, artıq dəymiş zərərin ödənilməsi ilə bağlı işlər görülür.

Vəkil bu səbəbdən məhkəmə iclasının hələlik təxirə salınması haqqında vəsatət qaldırıb.

Məhkəmə dəymiş ziyanı ödəmək üçün Maşallah Əhmədova vaxt verib.

Məhkəmə prosesi noyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, bugünkü prosesdə dövlət ittihamçısı çıxış edərək Maşallah Əhmədova cəza istəyəcəkdi.

Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31