Futzal
Biro Jade: “Bu, məni narahat etdi”
Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində Moldovanı 6:1 hesabı ilə məğlub edib. Matçdan sonra yığmamızın baş məşqçisi Biro Jade Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandırıb:
- İlk 5 dəqiqə ağır oldu, oyunçularda həyəcan var idi. Bu da ağır məşqlərin nəticəsi idi. Çünki gündə 2 dəfə fiziki məşqlər keçirdik. Hətta matçdan bir gün əvvəl futzalçılar bundan şikayətlənirdilər. Bu da təbii haldı.
- Razı, yaxud narazı qaldığınız məqamalar hansılardır?
- Standart vəziyyətləri reallaşdıra bilməməyimiz məni narahat etdi. Uşaqlar gecikirdilər, topla düzgün hərəkət etmirdilər. Bunun üzərində məşq etmişdik. Amma dinamik və hərəkətli olmağımız xoşuma gəldi. Sürətli hücumlar qururduq. Heyf ki, yaratdığımız epizodları reallaşdırmaqda çətinlik çəkdik. Belə olan halda rəqib bundan istifadə edir, qol vurmağa çalışır.
- Sabahkı oyunda hansısa dəyişikliklər etməyi düşünürsüz?
- 5 oyunçu ilə oynamağı sınaqdan keçirəcəyik. Bu gün də bunun üçün imkan var idi, amma özüm istəmədim. Sabahkı oyunda yoxlayacağıq. Məşqlərdə bunun üzərində çox işləmişik. Həm də rəsmi oyunlaröncəsi son matçımız olacaq. Hər şeyi özüm üçün dəqiqləşdirməliyəm.
- Milli dünya çempionatından sonra yoxlama oyunu keçirməyib. Bunun fəsadları hiss olunurdumu?
- Dünya çempionatında bizi heç kim tanımırdı. Amma bu gün necə oynadığımızı hamı bilir. Yoxlama oyunu keçirmədiyimiz az da olsa hiss olunurdu. Oyunçular bir-birini hiss etmirdi, əlaqə, anlaşma zəif idi. Heyətimizdə yeni oyunçuların olması da sözünü dedi. Əsas odur ki, fiziki hazırlığımız qaydasındadı.
- Bir neçə yeni futzalçıya şans verdiniz. Onların çıxışından razı qaldınızmı?
- Əlbəttə, razı qaldığım üçün bu gün heyətdə şans verdim. Amma üzərlərində işləməyə davam etməlidirlər. Gələcəkdə onların xidmətindən yararlanacağıq.
- Əsas mərhələdə qrupumuzda yer alan rəqiblərlə bağlı nə deyə bilərsiniz? Moldovanın baş məşqçi braziliyalıların çoxluq təşkil etdiyi komandaya qarşı mübarizə aparmağın çətin olduğunu qeyd edib...
- Macarıstanın baş məşqçisi ispandı, uzun müddətdi bu komandanı çalışdırır. Bizdə braziliyalılar çox olsa da, yerli oyunçulardan ikiqat üstün oynamalıdılar. Onların çoxluq təşkil etməsi qələbə üçün qarant deyil. Asan olmayacaq. Macarıstanın heyətində də ispan oyunçular var. Əlimizdən gələni edəcəyik ki, qrupdan birinci yerlə keçək. Həm də rəqiblərimiz yoldaşlıq oyunlarını çox oynayıblar, yaxşı hazırlaşıblar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Klublar Komitəsinin iclası keçirilib
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
- “Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
20:20
"Zirə"dən vacib qələbə VİDEO
-
19:00
"Səbail" "Qəbələ"yə qarşı (YENİLƏNİR)
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib
-
15:51
II Liqada hakim təyinatları
-
15:38
Azərbaycan üzgüçüləri Rusiyada 9 medal qazanıblar
-
15:17
Millimizin yeni rəqibi açıqlandı
-
14:49
“Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
-
14:22
Azərbaycan Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri dəqiqləşib
-
14:05
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
-
13:53
Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
-
13:36
Azərbaycanı Avropa çempionatlarında 22 samboçu təmsil edəcək
-
13:14
Millimizin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
-
12:47
Azərbaycan kuboku: Final öncəsi kapitanlardan atmacalı açıqlama
-
12:28
İldar Alekperov: "Həlledici zərbələr çatışmırdı"
-
11:59
Region Liqasında yarımfinal mərhələsinin təqvimi müəyyənləşib
-
11:31
Azərbaycanlı futbolçunun komandasında qalmaqal: "5 aydır köhnəlmiş çörək yeyirik"
-
11:15
"Neftçi"nin təkrarlanan antirekordu
-
11:03
"Sumqayıt" rekordunu təkrarlayıb
-
10:52
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
-
10:36
"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb
-
10:24
"Yarımfinal daha sərt keçəcək"
-
10:11
"Qalatasaray" "Sivasspor"u darmadağın etdi VİDEO
-
09:59
“Vurduğum qoldan zövq aldım”
-
09:47
Coşqun Diniyev “Erzurumspor” üzərində qələbəyə sevindi
-
09:30
"Milan" - "Cenoa" matçında 6 qol VİDEO
-
23:25
Renat ehtiyatda qaldı komandası büdrədi
-
23:08
“Qəbələ”nin 3 futbolçusu “Səbail”ə qarşı oynamayacaq
-
22:44
Şeydayevin komandası darmadağın oldu
-
22:13
Elmar Baxşıyev: “Sabah” bəxt sayəsində qalib gəldi”
-
20:57
“Zirə” ikinci pilləyə yüksəldi, “Araz-Naxçıvan” uduzdu
-
19:39
Ayxan Abbasov: "Rəhbərliyə söz vermişəm, bacarmasam, çıxıb gedəcəm"
-
19:26
Rəşad Sadıqov: "Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır"
-
19:11
Musa Qurbanlının komandası qalib gəldi
-
13:00
Rahilin komandası aşağı liqaya düşdü
-
11:51
Qara dəniz derbisini "Samsunspor" qazandı VİDEO
-
11:42
"Latsio" üçün son dəqiqə şoku VİDEO
-
11:33
"Jirona" "Barselona"nı diz çökdürdü VİDEO
-
11:24
"Real"a çempionluq gətirən qələbə VİDEO
-
11:15
Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
-
11:08
"Bavariya" uduzdu VİDEO
-
10:56
Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq
-
10:29
Şahruddinin inamlı oyunu qələbə gətirdi VİDEO
-
10:17
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb
-
10:00
"İnter" 29 oyundan sonra uduzdu VİDEO