8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Varvodiç gedişinin səbəbini açıqladı: “Oynamaq istəyirəm”

“Qarabağ”da 1,5 il möhtəşəm zaman keçirmişəm. İlk dəfə “Köln”dən “Qarabağ”da gələndə klub, ölkə haqqında elə də məlumatım yox idi. Amma geridə buraxdığımız zaman müddətində atdığım addımın doğruluğunu gördüm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la yollarını ayıran Miro Varvodiç deyib.

Ağdam klubunun rəsmi saytına danışan 24 yaşlı qolkiper meydana çıxmadığı üçün klubu dəyişmək qərarına gəldiyini bildirib: “Karyeramı düşünməliyəm. Həm Fərhad, həm də Seriç yetərincə yaxşı qolkiper və yaxşı insandırlar. Mən də oynamaq istəyirəm. Bu səbəbdən klubla görüşdüm və daim oynamaq niyyətimə görə ayrılmaq istədiyimi bildirdim. Sağ olsunlar, məni anlayışla qəbul etdilər. “Qarabağ” karyeramı özüm üçün itirilmiş hesab etmirəm. Ötən mövsüm çempionluğu son anda əldən verdik. Avrokuboklarda əla çıxış etdik. “Qarabağ”da hər kəsə təşəkkür edirəm. Daim bizi dəstəkləyən azarkeşlərimizə çox sağ ol deyirəm. Onları heç vaxt unutmayacam”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31