8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Ozobiç bunu bacaran 10-cu futbolçu oldu

“Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç XXI əsrdə Azərbaycan çempionatlarında ən azı iki fərqli klubun heyətində het-trik və ya daha çox qol vuran 10-cu futbolçu olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisinin üzvü Premyer Liqanın XXVI turunda “Kəpəz”lə (3:3) görüşdə rəqib qapıçını 3 dəfə məyus edib.

Xorvatiya əsilli oyunçu 2020/2021 mövsümündə “Qarabağ”ın heyətində belə məhsuldar oyun keçirib. 2020-ci il noyabrın 8-də səfərdə üç qol vuran Ozobiç hazırkı komandası “Neftçi”ni məyus edib. Həmin qarşılaşmada ağdamlılar 6:0 hesablı qələbə qazanıblar.

Ozobiçə qədər yalnız 9 futbolçu iki və ya daha çox komandanın heyətində bunu bacarıb.

Zaur Ramazanov (“Bakılı”, “Karvan” və “Xəzər Lənkəran”), Nadir Nəbiyev (“Neftçi”, “Xəzər Lənkəran” və “Turan”) və Samir Musayev (“Şəfa”, “Qarabağ”, “Turan”) üç klubun heyətində het-trik müəllifi olublar.

Anatoli Doroş (“Standard” və “Şüvəlan”), Əhməd Ticani (“Şahdağ” və “Bakı”), Kənan Kərimov (“Kəpəz” və “Şəmkir”), Samir Əliyev (“Xəzər Lənkəran” və “Şamaxı”), Xaqani Məmmədov (“Şüvəlan” və “Şamaxı”) və Davit Volkov (“Zirə” və “Sabah”) iki komanda ilə bir qarşılaşmada 3 və ya daha çox qol vurublar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31