9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

İsa Suliman: “Bu, təkcə “Sumqayıt”ın yox, Azərbaycan futbolunun problemidir”

“Sumqayıt”ın müdafiəçisi İsa Sulimanın Futbolxeber.az saytına müsahibəsi

 

- İkinci pillədə qərarlaşan “Sumqayıt”ın öz meydanında “Kəpəz”ə uduzması bir qədər gözlənilməz oldu. Bu məğlubiyyətə səbəb nə oldu?

- Təbii ki, nəticədən razı qala bilmərik. Evdə oynayırdıq. Ona görə də qələbə qazanmaq istəyirdik. Təəssüf ki, uduzduq və buna görə çox məyusuq. Artıq növbəti oyunları düşünməliyik. Çalışmalıyıq ki, qarşıdakı görüşlərdə qələbə qazanaq.

- Son 4 oyunda “Sumqayıt” qələbəyə həsrətdir. Bəlkə bu məqam komandada psixoloji gərginlik yaradır?

- Bəli, artıq 4 matçdır qalib gələ bilmirik. Son 2 oyunda isə xal qazana bilməmişik. Bu məqam komandayaa mənfi təsir edir. Amma təslim olmuruq. Hər komandada uğursuz period olur. Çalışacağıq ki, bu vəziyyəti dəyişək. Əlimizdən gələni edəcəyik ki, növbəti turda uğursuz seriyaya son qoyaq.

- Növbəti turda qarşılaşacağınız “Səbail”in gücünü nəzərə alsaq, bu, nə dərəcədə realdır?

- Təbii ki, səfər oyunu çox çətin olacaq. “Səbail” həqiqətən də güclü rəqibdir. Həm də mövsümün elə hissəsidir ki, bütün komandalar turnir cədvəlində yuxarı pillələrdə yer almaq üçün var gücləri ilə çalışırlar. O cümlədən də biz. İnanıram ki, “Səbail”lə matç bizim üçün əvvəlki oyunlardan daha yaxşı keçəcək.

- “Kəpəz”lə oyuna sumqayıtlı azarkeşlərin marağı gözləniləndən qat-qat az idi. Bunu nə ilə əlaqələndirirsiniz?

- İlk növbədə onu deyim ki, Azərbaycana gələndən daim “Sumqayıt” azarkeşlərindən razı qalmışam. Mənə qarşı münasibətləri hər zaman yaxşı olur. Bəzən səfər matçlarında da uzaq məsəfə qət edib bizə dəstək olurlar. Mən də istərəm ki, Sumqayıt stadionunda “Neftçi” ilə matçdakı kimi anşlaq olsun. Amma bu, təkcə “Sumqayıt”ın yox, Azərbaycan futbolunun problemidir. Çempionatın digər matçlarında da eyni hala şahidlik edirik. Hətta Avroliqada 30 min azarkeş önündə oynayan “Qarabağ”ın yerli çempionatdakı matçlarında boş olur.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31