8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Adil Şükürov: "Bəzi komandalar bizə öz stadionlarını vermədilər"

"Kəpəz" Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükorov matçdan sonra keçirilən mətbuat konfransında əvvəlcə görüş haqda danışıb:

“Tam istədiyimiz kimi gözəl, baxımlı futbol olmadı. Nəticə daha önəmli idi. Çalışdıq ki, nəticəyə yönəlik oyun oynayaq. Son dəqiqələrdə müdafiəyəmeyilli və sürətli futbolçuları meydana buraxdıq. Bu da öz bəhrəsini verdi. Bizim üçün vacib olan 3 xal idi, onu da qazandıq”.

- Giorgi Papunaşvili əvəzlənərkən narazı görünürdü. Bu, nə ilə bağlı idi?

- İstəyirdik ki, meydanda komandaya fayda verən futbolçular olsun. Papunaşvili çox yorulmuşdu. Mate Kvirkiya da tam istədiyini edə bilmirdi. Papunaşvili əsas oyunçularımızdan biridir və komandanı öz arxasınca aparır. O dayananda komanda da dayanır. Narazılıq yoxdur.

- Artıq demək olar ki, Premyer Liqada qalmağı təmin etmisiniz. Bundan sonrakı hədəfiniz nə olacaq?

- Həmişə deyirik ki, qabağa baxmaq və öndəki rəqiblərə köklənmək lazımdır. Bu gün qələbə qazandıq. Amma tam olaraq futbol oynamadıq. İlk üçlükdə olan rəqibə qarşı sırf müdafiədən oynadıq. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıda oyunlar çoxdur. Çox şeylər dəyişə bilər. Bizim ev oyunları ilə bağlı problemimiz var. Bunu həll etməliyik. Bəzi komandalar bizə öz stadionlarını vermədilər. Buna görə də davamlı olaraq səfərdə oynamalıyıq. Premyer Liqada qalmağı təmin etmək üçün hələ 4-5 oyunda da qalib gəlməliyik. Əsas hədəflərimizdən biri də gəncəli iş adamlarını komandaya cəlb etməkdir. "Kəpəz" Premyer Liqada qalsa, ümid edirik ki, iş adamları da Gəncənin komandasına sahib çıxarlar.

- Tovuzda, yoxsa Bakıda oynamağa üstünlük verəcəksiniz?

- Təbii otda məşq edib Tovuzda süni meydanda oynamaq çətindir. Belə olan halda futbolçuların zədələnmə ehtimalı da artır. Məsafə baxımından Tovuz bizim üçün əlverişlidir. Amma oyun baxımından təbii meydan olsa, daha yaxşıdır. "Neftçi"ni Tovuzda qəbul edəcəyik. Ondan sonrası qeyri-müəyyəndir. Rəhbərliklə danışırıq. Ümid edirik ki, təbii meydan tapılacaq. Bu da yalnız Bakıda var. Belə olduqda da biz əlavə vaxt itiririk. Bütün bunları nəzərə alıb addım atmalıyıq.

- Kaxaber Sxadadzenin "Qəbələ"yə baş məşqçi təyin olunmasının sizə necə təsiri olacaq?

- Biz məşqçinin getməyini heç vaxt istəmərik. Elmar müəllim yaxşı komanda qurmuşdu. Yəqin ki, bəzi nüanslara görə komanda uduzurdu. Sxadadzenin gəlişi bizim üçün narahatlıq deyil. Biz əsas öz nəticələrimizi fikirləşirik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31