9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Kəpəz" Futbol Akademiyasının açılışı oldu

Bu gün “Kəpəz” klubunun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunan Məşq Mərkəzi və Futbol Akademiyasına baxış keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezidentləri Rauf Əliyev, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri İsgəndər Cavadov, Elmar Məmmədyarov, Fərid Mansurov, Könül Mehtiyeva, baş katib Sərxan Hacıyev və “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri iştirak ediblər.
 
AFFA rəhbərliyi akademiyada yaradılan şəraitlə tanış olublar.
 
Bildirilib ki, akademiya 52 nəfərlik 8 akademiya otağı, əsas komanda üçün 44 nəfərlik 16 otaq, 1 restoran, 1 mətbəx, fitnes, sauna, 4 paltardəyişmə otağı, tibb otaqları, iclas otağı, "Kəpəz" PFK əməkdaşları üçün ofis, inzibati heyət üçün otaqlar, istirahət otağı, camaşırxana, texniki və xidməti otaqlardan ibarətdir.
 
Bütün otaqlar zəruri avadanlıqlarla təchiz olunub (affa.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31