Ölkə futbolu
“Bayer”in məğlubiyyətsiz oyunlar seriyasını qırmaq üçün əlimizdən gələni edəcəyik”
“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun Futbolxeber.az saytına müsahibəsi
- Həftə arası təxirə salınmış oyunda “Qəbələ”ni məğlub etdiniz. Hesabı nəzərə alsaq (4:0), “Qarabağ”ın qələbəni asanlıqla əldə etdiyini söyləmək olar?
- Böyükhesablı qələbə qazansaq da, asan oyun olmadı. Qəbələdə oynamaq həmişə çətindi. İlk növbədə hava şəraitinə görə. Dağlıq ərazidir, hava təmizdir deyə müəyyən çətinlik yaranır. Matça gəldikdə isə 90 dəqiqə boyunca nizam-intizamı qoruduq, baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Layiqli qələbə qazandıq.
- Bu matçda siz həm də keçmiş baş məşqçinizə qarşı oynadınız...
- Bəli, Kaxaber Sxadadze “İnter”də (indiki “Şamaxı” - red.) mənim baş məşqçim olub. Ona hörmətim böyükdür. Gələcək oyunlarda Sxadadzeyə uğurlar arzu edirəm.
- Bazar günü “Neftçi” ilə qarşılaşacaqsınız. Azərbaycan derbisi öncə komandada vəziyyət necədir?
- Vəziyyət yaxşıdır. Lakin çalışacağıq ki, bundan da yaxşı olsun. Hazırda bütün diqqətimizi “Neftçi” ilə oyuna yönəltmişik. Yalnız bu matç haqda düşünürük. Əlimizdən gələni edəcəyik ki, “Neftçi” ilə görüşdə də qələbə qazanaq.
- “Neftçi”dən sonra sırada “Bayer”lə matçdır. Demək olar ki, Avroliqanın 1/8 finalının püşkü “Qarabağ” üçün uğursuz oldu?
- Açığı, mən rəqib qismində “Bayer”i gözləmirdim. Lakin qismətdən qaçmaq olmur. “Bayer”in gücü hamıya məlumdur. Leverkuzen klubu hazırda nəinki Almaniyada, ümumilikdə qitədə ən yaxşı formada olan komandalardan biridir. Cari mövsüm hələ ki uduzmayıblar. “Bayer”in məğlubiyyətsiz oyunlar seriyasını qırmaq üçün əlimizdən gələni edəcəyik.
- Bu, nə dərəcədə realdır?
- Hazırda futbol elə bir səviyyəyə çatıb ki, hər komandaya qarşı oynamaq, mübarizə aparmaq olar. Lap rəqibin “Real”, “Barselona” olsa belə. Çox uzağa getməyək. Bizim məğlub etdiyimiz “Şerif”in “Real”a qarşı necə oynadığını yəqin xatırlayırsınız. Əsas odur ki, cəsarətli olasan. Qurban müəllim də hər zaman bizə bu fikri aşılayır. Onun dediyi kimi, əsas odur ki, heç nədən qorxmayasan.
- Son zamanlar ən çox müzakirə edilən məsələlərdən biri də azarkeşlərlə bağlıdır. Avroliqada 30 min tamaşaçı önündə oynayan “Qarabağ”ı daxili çempionatda heç min nəfər stadiondan dəstəkləmir...
- Biz də istərdik ki, yerli oyunlara azarkeşlər çox gəlsin. Bu məqam bizə əlavə motivasiya verər. İstər-istəməz azarkeş dəstəyini hiss edəndə daha baxımlı oynamağa çalışırsan. Azarkeşlərə səslənirəm ki, 100-200 nəfərlə kifayətlənməyək, çempionat oyunlarında bizi 10-15 min azarkeş dəstəkləsə, əla olar.
Fərəc ASLANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib