8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Kehat sumqayıtlı azarkeşlərdən dəstək gözləyir: “Hədəfimiz ikinci pillədəki yerimizi qorumaqdır”

"Qarabağ" olduqca yüksək performans göstərən komandadır. Heyətləri təcrübəli oyunçularla zəngindir. Düzdür, 90 dəqiqə ərzində "Qarabağ"dan çox geri qalmadıq. Sadəcə əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Roi Kehat Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

İsrailli futbolçu qeyd edib ki, “Sumqayıt”ın əsas hədəfi hazırkı mövqeyini qorumaqdır: “Hazırda əsas hədəfimiz ikinci pillədə yerimizi qorumaqdır. Turnir cədvəlindəki yerimizə baxıb arxayınlaşmaq üçün bir qədər erkəndir. Oyundan oyuna daha da yaxşısını etməliyik. Hazırda əsas işimiz növbəti matçlara fokuslanmaqdır. Mövsümün sonuna 5 matç qalmış turnir cədvəli barədə daha dəqiq fikirlər səsləndirmək olar”.

O, “Sumqayıt”ın avrokuboklara yollana biləcəyini vurğulayıb: “Sumqayıt” inkişaf etməkdə olan, yeni uğurlara can atan heyətə malikdir. Həftələr keçdikcə baxımlı oyunumuzu azarkeşlər də görür. Belə davam etsək və öz üzərimizdə davamlı işləsək, avrokuboklarda da mübarizə apara bilərik”.

31 yaşlı yarımmüdafiəçi cümə günü “Kəpəz”ə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Məqsədimiz qələbədir. "Kəpəz"lə görüşə ciddi yanaşırıq. Bu matç ikinci pillədəki mövqeyimizi qorumaq baxımından da əlavə əhəmiyyətə malikdir. Biz öz gücümüzü ortaya qoymalıyıq”.

R.Kehat sumqayıtlı azarkeşlərdən dəstək gözlədiyini söyləyib: “Yeni stadionumuzda ilk matç möhtəşəm atmosfer altında keçirilmişdi. Azarkeşlərimizin bizə daim dəstək olması komanda şəklində qələbə qazanmağımız üçün mükəmməl bir motivasiya olur. Ona görə də fanatlara səslənirəm. “Kəpəz”lə görüşdə də bizi tək buraxmasınlar”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31