8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Lunyovun agenti: “Onun gəlişi ilə “Qarabağ” özünü daha inamlı hiss edir”

“Hazırda Lunyov Rusiyanın ən yaxşı qapıçısı hesab olunur. O, bu mövsüm karyerasının yüksəliş dövrünü yaşayır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın qolkiperi Andrey Lunyovun meneceri Anton Smirnov Rusiya mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Rusiya millisinin məşqçiləri 32 yaşlı qolkiperi yaxından izləyirlər: “Yığmamızın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Andrey ilə daim əlaqə saxlayır. O, ümumiyyətlə, bütün qapıçıları analiz edir. Andreyin oyunlarını Kafanovla müzakirə edirik və o, həmişə müsbət rəylər verir. Lunyovun Serbiya və Paraqvayla matçlara çağırılıb-çağırılmayacağı barədə isə məlumatım yoxdur. Buna məşqçilər korpusu qərar verəcək. Lakin namizədlər siyahısında olduğunu dəqiqliklə deyə bilərəm. Çünki “Qarabağ”la birlikdə UEFA Avropa Liqasının 1/8 finalına yüksəldi. Komandamızın baş məşqçisindən bu barədə soruşmağı qeyri-etik hesab edirəm. Ötən ilin noyabr ayında millinin oyununa dəvət almışdı, lakin Almaniyanın “Bayer” klub ilə matçda aldığı zədə səbəbindən heyətdə yer almadı. İndi isə hər şey qaydasındadır. Yaxşı ki, özünü toparladı və tez sağaldı”.

Smirnovun sözlərinə görə, rusiyalı qapıçı Ağdam təmsilçisinin heyətində keçirdiyi 22 qarşılaşmanın heç birində kobud səhvə yol verməyib: “Nə çempionatda, nə də avrokuboklarda “Qarabağ”ın xal itirməsinə səbəb olacaq bir səhv edib. Bu görüşlərin hamısında 7-dən çox reytinq xalı alıb. Qurtarışların sayına görə UEFA reytinqində isə birinci pillədədir. O, “Qarabağ”a keçməzdən öncə tənqidlər olduqca çox idi. Buna görə qınayanlar da var idi. Lakin onu tənqid edənlər indi yoxa çıxıblar. Həmin şərhçilər mənfi fikir bildirmək üçün Andreyin kiçik bir səhvini gözləyirlər. Sevindirici haldır ki, hazırda müsbət fikir bildirənlər çoxluq təşkil edir. Əslində, onun çıxışını müzakirə etmək düzgün deyil. Çünki nəticələr və statistika göz qabağındadır. Lunyovun “Qarabağ”a gəlişi ilə klub özünü matçlarda daha inamlı hiss edir”.

Qeyd edək ki, Andrey Lunyov bu mövsüm “Qarabağ”ın heyətində 22 oyun keçirib, 29 qol buraxıb, 7 görüşdə isə qapısını toxunulmaz saxlayıb (AZƏRTAC).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31