9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

AFFA üç klubu cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 24-cq turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

24-cü turun “Kəpəz” - “Qəbələ” oyununda qonaq komandanın azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qəbələ"yə xəbərdarlıq edilib.

“Turan Tovuz” - “Neftçi” oyununda meydan sahiblərinin azarkeşi tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” 800 manat cərimə edilib.

“Turan Tovuz” - “Neftçi” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Turan Tovuz” 1000 manat cərimə edilib.

Eləcə də qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Neftçi” tərəfindən ödənilməsinə qərar verilib.

“Səbail” - “Sabah” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” 700 manat cərimə edilib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31