8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

İnfantino Bakıda təşkil edəcəkləri turnirlə bağlı danışıb

FIFA prezidenti Canni İnfantino qurumun martda təşkil edəcəyi turnirlərlə bağlı fikirlərini bölüşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, funksioner FIFA Seriyası adlanan yarışın milli komandalar üçün qlobal səviyyədə irəliyə doğru müsbət addım olduğunu bildirib.
 
"Üzv assosiasiyalarımız uzun müddətdir ki, dünyanın hər yerindən olan həmkarlarına qarşı özlərini sınamaq istədiklərini bizə deyirlər. Hazırda bunu beynəlxalq matç təqvimi çərçivəsində edə bilərlər. Daha mənalı oyunlar futbolçular, komandalar və azarkeşlər üçün qarşılıqlı əlaqəni təmin edəcək və oyunun inkişafına töhfə verəcək", - İnfantino vurğulayıb.
 
Qeyd edək ki, martda Əlcəzair, Azərbaycan, Səudiyyə Ərəbistanı və Şri Lankada turnir gerçəkləşəcək. Bakıdakı yarışda millimizlə yanaşı, Monqolustan, Tanzaniya və Bolqarıstan mübarizə aparacaq. Yığma Monqolustan və Bolqarıstan kollektivləri ilə üz-üzə gələcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31