8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Patrik Andrade: “Məqsəd “Bayer”lə Bakıdakı oyunda üzümüzü güldürəcək nəticə qazanmaqdır”

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin Futbolxeber.az saytına müsahibəsi

 

- “Sumqayıt” üzərində qazanılan 2:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Bu qələbə bizim üçün vacib idi. "Braqa" ilə ağır matçdan sonra bu matça köklənib qalib gəlmək üçün cəmi 3 gün vaxtımız var idi. Şadam ki, istəyimizə çatdıq.

- Bu həftə çempionatda 2 oyununuz var. Bunlardan biri "Qəbələ"yə qarşı, digəri isə Azərbaycan derbisi hesab olunan "Neftçi" ilə matçdır. Fiziki baxımdan bu iki matça hazırlaşmaq mümkün olacaq?

- İlk olaraq "Qəbələ" ilə matç barədə düşünmək lazımdır. Bunun üçün məşqlərə başlayacağıq. Yalnız həmin görüşdən sonra “Neftçi” barədə nəsə demək olar. Amma futbol həmişə eyni deyil. Biz yalnız qalibiyyət barədə düşünürük. Öz işimizlə məşğuluq. Azarkeşlərimizi yaxşı nəticələrlə sevindirmək istəyirik.

- “Sumqayıt”la matçda sizi yenidən əsas heyətdə gördük. Bu, davamlı olacaq?

- Öz üzərimdə çalışıram. Addım-addım uğura çatırıq. Hər kəs yaxşı nəticə göstərmək üçün çalışır. Qarşıda nələr olacağını demək asan deyil. Komanda şəklində ən yaxşısına can atırıq.

- “Sumqayıt”la oyunda "Braqa" matçı ilə müqayisədə ciddi azarkeş fərqi var idi. Bu məqam oyununuza nə dərəcədə təsir edir?

- İnsanlar Avropa Liqasının matçlarını daha çox bəyənirlər. Bu hal başadüşüləndir. Bizi dəstəkləməyə gələn azarkeşləri həmişə yüksək qiymətləndirirəm. Onlar bizə ruh yüksəkliyi verir.

- Püşkün nəticəsinə əsasən Avroliqada yenidən "Bayer"lə qarşılaşacaqsınız. Püşkün nəticəsini necə dəyərləndirirsiniz?

- Hər oyun ayrı diqqətlə yanaşırıq. Addım-addım uğura çatmaq lazımdır. İlk olaraq Premyer Liqadakı oyunlar haqqında düşünürük. Yalnız bundan sonra Leverkuzen təmsilçisini dəyərləndirəcəyik.

- Qrup matçlarından fərqli olaraq bu dəfə “Bayer”lə ilk oyun Bakıda olacaq. Bu məqam “Qarabağ”ın lehinədir, yoxsa əleyhinə?

- Əlbəttə, birinci məqsəd Bakıda sərfəli və bizim üzümüzü güldürən nəticə qazanmaqdır.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31