8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Erik Sorqa: “Qarabağ”a qarşı oynamaq çox çətindir”

“Qarabağ”a qarşı oynamaq çox çətindir. Onlar hazırda yaxşı formadadırlar. Azərbaycan çempionatında bəlkə də ən yaxşı mövsümlərini keçirirlər”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın hücumçusu Erik Sorqa Azərbaycan Premyer Liqasının 24-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyun barədə danışarkən deyib.

Estoniyalı hücumçu 0:2 hesablı yenilgini belə şərh edib: “İlk hissədə yaxşı oyun nümayiş etdirdik, amma fasilədən sonra rəqib topa sahib olmaq baxımından üstün oldu. "Qarabağ" hazırda üst səviyyədə olan Avropa klubları ilə başa baş oynamağı bacarır. Düşünürəm ki, əlimizə düşən fürsətlərdən dəqiqliklə istifadə edə bilmədik. Əslində bu epizodlar üzərində çox işləməliyik”.

25 yaşlı forvard məğlubiyyətə baxmayaraq, turnir cədvəlində mövqelərini qorumalarına belə münasibət bildirib: “İkinci pillədə qalmaq üçün bacardığımızı edəcəyik. Hazırda Azərbaycan çempionatında ilk üçlükdəyik. Və bu pillə bizə gələn mövsüm avrokuboklarda oynamaq imkanı verir. Hazırda bu məqsəd uğrunda köklənməliyik”.

Sorqa növbəti turda "Kəpəz"lə matçda məqsədlərinin yalnız qələbə olduğunu söyləyib: “Son 3 oyunda qalib gəlməmişik. Bu vəziyyəti dəyişməli, qələbə qazanmağa köklənməliyik. Xallar qazanaraq yolumuza davam etməliyik”.

Sonda o, öz çıxışına da qiymət verib: “Belə hava şəraitində meydana çıxmaq biraz çətindir. Amma əlimdən gələni edirəm ki, azarkeşlər oyunumdan zövq alsınlar. Öz üzərimizdə məşq zamanı çox çalışıram”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31