8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Ceyhun Nuriyev: “Növbəti qələbə üçün 10 oyun gözləmək lazım gəlməyəcək”

“Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyevin Futbolxeber.az saytına müsahibəsi

 

- “Araz-Naxçıvan”la oyunda qələbə həsrətinə son qoydunuz. 10 turdan sonra qazanılan 3 xalı necə şərh edərdiniz?

- Oyuna yaxşı başladıq. Düzdür, topla daha çox oynayan tərəf “Araz-Nazçıvan” idi, lakin diktə edən biz idik. Birinci hissədə hesabı açdıq, lazım olan qolu vurduq. Bilirdik ki, fasilədən sonra rəqib yüklənəcək. Bu təzyiqə dözdük. Gedişat elə idi ki, ya onlar fərqlənəcəkdi, ya biz. Çox şükür ki, hesab arasındakı fərqi artırmağı bacardıq. Artıq 2:0-dan sonra oyun rahat getdi.

- Demək olar ki, matçın qırılma anı qapınıza təyin edilən və sonradan ləğv olunan penalti idi? Çünki həmin anda rəqib hesabı bərabərləşdirsəydi, işiniz çətin olacaqdı...

- Məncə də. Həqiqətən o epizodda qol olsaydı, çox çətin olacaqdı. Çünki hissənin əvvəli idi. Rəqib çox yüklənirdi. O anda hesab bərabərləşsəydi, “Araz-Naxçıvan” daha istəklə üstümüzə gələcəkdi, daha çox təzyiq olacaqdı. Hətta bir epizodda da fərqlənmək üçün şansları var idi. Lakin qapıçımız inamlı oynadı.

- “Zirə”nin 10 oyunda qələbə qazana bilməməsinə səbəb nə idi?

- Nüanslar çoxdur. Birinci növbədə öz səhvlərimiz oldu. Düzdür, bu müddətdə hakim səhvləri də, şanssızlıq da olurdu. Buraxdığımız səhvləri analiz etmişik. Çalışmalıyıq ki, bundan sonra eyni səhvləri təkrarlamayaq.

- Növbəti qələbəni gözləmək üçün daha 10 tur lazım olmayacaq?

- Xeyr (gülür). İnşallah növbəti tur ardı gələcək.

- Lakin “Turan Tovuz”la matç heç də asan olmayacaq...

- Razıyam. Çox çətin oyun gözləyir bizi. “Turan Tovuz” son turlar daha yaxşı təsir bağışlayır. Kubokda onları üstələmişdik. Çalışacağıq ki, bu dəfə də qalib gələk.  

- Turnir cədvəlindəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Turnir cədvəlində komandalar bir-birinə çox yaxındır. Lider “Qarabağ”ı çıxsaq, 2-8-ci yeri bir-birindən çox az xal ayırır. Bu o deməkdir ki, hər xal itkisi bizi aşağı sala bilər, eləcə də əksinə, qazanılan hər xal da irəli apara bilər. Mövsüm çox maraqlı keçir. İndiyə qədər belə gərgin çempionat olmayıb. Hər oyuna maksimum xal qazanmağa çalışacağıq.  

- “Zirə”nin avrokuboklara yollanması nə dərəcədə realdır?

- Şansımızı yüksək dəyərləndirirəm. Düzdür, hazırda dördüncü yerdəyik. Lakin 2-3-cü yerlərdən cəmi 1 xal geri qalırıq. Uzun müddət turnir cədvəlində ikinci yerdə olmuşuq. Yenə eyni yerə qayıtmaq üçün bütün gücümüzü ortaya qoyacağıq.

- Kubokda mübarizəni davam etdirməyi “Zirə” üçün üstünlük hesab etmək olar?

- Əslində biz iki yarışı bir-birinə qatmırıq. Hədəfimiz ölkə kubokunu qazanmaqdır.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31